Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının fəaliyyət müddətinin bitməsinə 4 ay qalıb. Seçki Məcəlləsinin tələbinə görə, aprel ayında Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılmalıdır.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Yeni Azərbaycan Partiyasını və bitərəf deputatları MSK-da təmsil edən üzvlərin ən azı 50 faizi vəzifələrini itirəcəklər.
Aprel ayında YAP və bitərəf deputatlar tərəfindən Milli Məclisə təsdiq üçün təqdim ediləcək siyahıda hazırda MSK-nın üzvü olan şəxslərin bir çoxunın adı olmayacaq. MSK-nın yarısı yeni şəxslərdən ibarət olacaq.
Yeni tərkibdə sürpriz isimlərin də yer alacağı bildirilir. Artıq hakim partiya rəhbərliyinin MSK-nın yeni tərkibi ilə bağlı müzakirələr apardığı və ilkin nəticələrə gəlindiyi də söylənilir.
Musavat.com xəbər verir ki, MSK-nın, bunun ardınca dairə seçki komissiyalarının tərkibinə əl gəzdirilməsində Ramiz Mehdiyev amili də rol oynayacaq.
Ramiz Mehdiyevə cinayət işi açıldıqdan sonra 125 seçki dairəsinin sədrlərindən kimlərin Mehdiyev klanına yaxınlığı araşdırılıb. Araşdırma nəticəsində DSK sədrləri sırasında çoxlu sayda mehdiyevçi olduğu aşkarlanıb. MSK üzvləri barədə ciddi araşdırmaya ehtiyac duyulmayıb. Çünki MSK üzvlərindən kimlərin vaxtilə Ramiz Mehdiyevin siyahısı ilə seçildiyi yuxarılara əvvəldən məlumdur. MSK-nın tərkibində bu dəfə mehdiyevçilər olmayacaq.