Burhanettin Duran: Azərbaycan xalqı 20 Yanvar gecəsində dünyaya zülmə təslim olmayacağını göstərdi
Siyasət
242
20 Jan 2026 | 23:50

Burhanettin Duran: Azərbaycan xalqı 20 Yanvar gecəsində dünyaya zülmə təslim olmayacağını göstərdi

Azərbaycan xalqı 20 Yanvar gecəsində bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərdi.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"1990-cı il yanvarın 20-də Bakıda baş verən qanlı hadisələr Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda şərəfli mübarizəsinin simvoludur.

Sovet ordusunun günahsız mülki əhaliyə hücumu tariximizin ən ağrılı səhifələrindən biri kimi yaddaşımıza həkk olunub. Ancaq Azərbaycan xalqı həmin qaranlıq gecədə bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərib.

Bu gün, Qara Yanvarın 36-cı ildönümündə Türkiyə olaraq, qardaş Azərbaycanın ağrısını və qürurunu "bir millət, iki dövlət" anlayışı ilə ürəkdən bölüşürük. Qara Yanvarda şəhid olan qardaşlarımızı mərhəmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik", - B.Duran yazıb.

 

Link kopyalandı!
Son xəbərlər