Bu restoran İsa Həbibbəyliyə məxsus imiş - ÜZƏ ÇIXDI
Siyasət
281
21:28, Bu gün

Bu restoran İsa Həbibbəyliyə məxsus imiş - ÜZƏ ÇIXDI

"Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir".

Moderator.az xəbər verir ki, bunu Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında paylaşıb. 

"2015-ci ildə həmin restoranda ofisant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitseprezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu. Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir. Elm+vəzifə=Azərbaycan məmuru" - o əlavə edib. 

Link kopyalandı!
Son xəbərlər