Vuçiç:
Siyasət
139
20:05, Bu gün

Vuçiç: "Prezident İlham Əliyev mənim dostumdur"

Azərbaycan Prezidenti İlham Əliyev mənim dostumdur.

Moderator.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı bildirib.

Vuçiçin sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya əhali sayına görə nisbətən kiçik ölkələr olmasına baxmayaraq, gələcəkdə onların rolu yalnız artacaq.

"Əminəm ki, gələcəkdə bizim əhəmiyyətimiz artacaq. Ermənistanda təxminən 3 milyon insan, Serbiyada 7 milyon, Azərbaycanda isə 10 milyon insan yaşayır. Biz bir-birimizlə ortaq dil tapmağa və bir çox işləri birlikdə görməyə məcbur olacağıq. Çünki bu gün qaydaların olmadığı bir dünyada "böyük balıq kiçik balığı yeyir" prinsipi işləyir və bunu açıq şəkildə deyirlər - hətta bunu gizlətməyə cəhd belə etmirlər", - o qeyd edib.

Serbiya Prezidenti əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayaraq, alternativin ya böyük geosiyasi bloklara daxil olmaq, ya da öz suverenliyini və müstəqilliyini qorumaq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya xalqları ikinci yolu seçəcəklər - bütün tərəfdaşlarla əməkdaşlığa açıq olmaqla milli maraqlar qorunacaq.

Link kopyalandı!
Son xəbərlər