Azad Vətən Partiyası Bakıda və bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Siyasət
388
17:05, Bu gün

Azad Vətən Partiyası Bakıda və bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO

Azad Vətən Partiyasının rəhbərliyi Bakıda Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına dualar oxuyub, məzarlarının üzərinə gül dəstələri qoyub.

Moderator.az xəbər verir ki, partiyanın Şəki, Zaqatala, Mingəçevir və digər rayon şöbələri şəhid abidələri və məzarlıqlarını ziyarət ediblər.

Partiya sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib:

"Havaların sərt olmasına baxmayaraq, insanlar kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin ruhları qarşısında öz borclarını yerinə yetirirlər. Bu, çox vacib məqamdır. Həmin gün xalqımçz bütün dünyaya, sovet irticasına öz iradəsini nümayiş etdirdi. Yüz illər də keçsə, xalqımız bu gündə həyatını itirən irtica qurbanlarının xatirəsini yad edəcık, eyni zamanda xalqımızın bu qəhrəmanlıq səhifəsindən, şanlı tarixindən qürur hissi keçirdiyini nümayiş etdirəcək. Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik".

Link kopyalandı!
Son xəbərlər