Ermənistanda federasiya prezidenti Azərbaycanla bağlı qalmaqaldan sonra istefa verdi
Siyasət
144
16:47, Bu gün

Ermənistanda federasiya prezidenti Azərbaycanla bağlı qalmaqaldan sonra istefa verdi

Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qagik Sarqsyan İtaliyada keçirilən nüfuzlu "Tour de Ski" yarışında xizəkçi Mikael Mikaelyanla bağlı baş verən insidentdən sonra istefa verdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.

"Həyatımın 21 ilini xizək idmanına həsr etmişəm. 2005-ci ildə federasiyanın baş katibi seçildim, 2021-ci ildə isə qurumun prezidenti oldum. İndi Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu mənim üçün son dərəcə çətin və mürəkkəb bir qərardır. Bu barədə uzun-uzadı düşündüm və bu nəticədən qaçmağa çalışdım, amma bildiyimiz kimi, başlanğıcı olan hər şeyin sonu var", - deyə Mikaelyan bildirib.

Federasiya rəhbəri artıq prezident kimi işini davam etdirmək üçün heç bir perspektiv görmədiyini bildirib və istefasının əsas səbəbləri kimi işinin təşkilindəki sistemli problemləri və dövlət qurumlarının dəstəyinin olmamasını göstərib.

Xatırladaq ki, yanvarın əvvəlində erməni xizəkçi Mikael Mikaelyan İtaliyada keçirilən nüfuzlu "Tour de Ski" yarışında öz formasında "Azərbaycan" yazısının üstünü bağlayıb. Buna görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Hadisədən sonra erməni idmançı və onu dəstəkləyən Sarqsyan bu əmələ haqq qazandırmağa çalışıblar.

Link kopyalandı!
Son xəbərlər