Ötən həftə Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasının konkret detalları bəlli oldu.
Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni süjetində bildirilir.
Qeyd olunur ki, Cənubi Qafqaz onilliklər boyu qanlı münaqişələrə və genişmiqyaslı humanitar fəlakətlərə səhnə olub.
"Baş verənlər yerli sakinlərin bir neçə nəslinin şüurunda dərin izlər buraxıb. Lakin son hadisələr göstərir ki, nə qədər faciəli olsa da, keçmiş gələcəyi müəyyən etməməlidir. 2020-ci ilin payızında Vətən müharibəsində Azərbaycanın qələbəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı Cənubi Qafqazın tarixində yeni bir fəslin başlanğıcı oldu. Burada sülhün maddi reallığa çevrilməsi nəzərdə tutulurdu.
Təxminən iki ildir ki, Azərbaycanla Ermənistan arasındakı ənənəvi sərhəddə bir dəfə də olsun atəş açılmayıb ki, bu da özlüyündə praqmatizm və etimad atmosferinin əhəmiyyətli bir sübutudur", - deyə süjetdə vurğulanır.