Siyasət
202
11:40, Bu gün

"Moody's": Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır

"Moody's Ratings" Azərbaycan və Ermənistan arasında 2025-ci ilin avqustunda əldə olunan sülh çərçivəsi razılaşmasının regionda geosiyasi risklərin azalmasına səbəb olduğunu açıqlayıb.

Moderator.az-ın məlumatına görə, agentliyin hesabatında bildirilir ki, razılaşmadan sonra diplomatik təmaslar artıb və sərhəd məhdudiyyətləri aradan qaldırılıb.

Bu da onilliklər ərzində vaxtaşırı hərbi qarşıdurmalarla müşayiət olunan münasibətlərlə müqayisədə müsbət dəyişiklik kimi qiymətləndirilir.

"Moody's" vurğulayır ki, Ermənistanla münasibətlərin tam normallaşması və yeni hərbi eskalasiya riskinin azalması Azərbaycanın kredit profili üçün əlavə müsbət amil ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər