“Azərbaycan regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də Cənubi Qafqazda tərəqqi, rifah və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”.
Moderator.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli ilə görüşündə səslənib.
Eyni zamanda, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq, regional əhəmiyyət daşıyan layihələrdən bəhs olunub.
Görüş zamanı Azərbaycanın enerji siyasəti, bu sahədə xarici tərəfdaşların artan marağı və bp ilə mövcud əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Gio Kristofoli bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb və Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin Gürcüstan üzrə rəhbəri Aytən Hacıyeva iştirak ediblər.