Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edir
Siyasət
191
16:05, Bu gün

Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edir

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistandakı daxili siyasi vəziyyət və regional proseslərlə bağlı açıqlamalarına münasibət bildirib.

Moderator.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

H.Fidanın açıqlamalarına münasibət bildirən A.Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi və ya müəyyən siyasi qüvvələri dəstəkləməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, söhbət ictimaiyyətin sülh tələbinə dəstəkdən və regional əməkdaşlığın inkişafından gedir.

"Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin sülh və genişləndirilmiş ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən TRIPP layihəsi çərçivəsində səylərini dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara minnətdarlığımı bildirirəm", - deyə spiker bildirib.

Xatırladaq ki, H.Fidan 2026-cı ilin iyun ayında Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinin regional əlaqələrin və Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması üçün vacib olacağını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir.

"Görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir. Biz onun bu prosesdə oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu istiqamət davam etdirilməlidir", - deyə Türkiyənin Xarici İşlər Naziri bildirib.

Qeyd edək ki, H.Fidan həmçinin Zəngəzur dəhlizinin Ermənistan-Türkiyə münasibətləri çərçivəsindəki əhəmiyyətindən danışıb. Bundan əlavə, o, layihənin "Azərbaycanın istədiyi kimi" həyata keçirilməli olduğuna inanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər