Hakan Fidan Zəngəzur dəhlizindən danışdı
Siyasət
193
11:41, Bu gün

Hakan Fidan Zəngəzur dəhlizindən danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib.
 
Moderator.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
 
O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:
 
"Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-də olanda bir sənəd yayımlandı və onlar bunu TRIPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik".
 
H.Fidan vurğulayıb ki, Rəsmi Ankaranın məqsədi Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imza yolu ilə yekunlaşmasını və iki ölkə arasında normallaşmanın həyata keçirilməsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər