21:06
1°C
Bakı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və ya Xarici Kəşfiyyat Xidməti (XKX) tərəfindən çağırışdan möhlət hüququ verilmiş hərbi vəzifəlilər həmin orqanlarda xüsusi hərbi uçota götürüləcəklər.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, DTX və XKX hərbi qeydiyyatında olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışı və mülki heyət vəzifələrində işləmək üçün göndərilməsi həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.