İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib
Siyasət
224
18:10, Bu gün

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

Nazirlər Kabinetində "İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi" ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

Bu barədə Moderator.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov Azərbaycan Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd edib, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının 16-19 iyunda Bakı şəhərində keçirilməsinin ölkənin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, 57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.

Azərbaycan 1992-ci ildən Bankın üzvüdür.

Link kopyalandı!
Son xəbərlər