ABŞ Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırıb? - Səfirlik AÇIQLADI
Siyasət
245
14:26, Bu gün

ABŞ Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırıb? - Səfirlik AÇIQLADI

"Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik".
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
 
"Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir", - açıqlamada deyilir.
 
Link kopyalandı!
Son xəbərlər