Tramp GERİ ÇƏKİLDİ – Molla rejimi daha da AZĞINLAŞA BİLƏR
Siyasət
742
13:11, Bu gün

Tramp GERİ ÇƏKİLDİ – Molla rejimi daha da AZĞINLAŞA BİLƏR

ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Vaşinqtona daxil olan son məlumatlarda İranda qətllərin dayandırıldığı, habelə etirazçılarla bağlı edamların planlaşdırılmadığı bildirilir.

Tramp daha əvvəl açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər İranda etiraz aksiyalarında iştirak edən şəxslərin kütləvi şəkildə edam olunmasına başlanılarsa, ABŞ sərt addımlar atacaq. Prezident xüsusilə “etirazçıları asmağa başlasalar” ifadəsini işlədərək Tehrana ciddi mesaj göndərmişdi.

Son açıqlama isə Ağ Evin mövqeyində müəyyən yumşalma kimi qiymətləndirilir. Bununla belə, Tramp administrasiyasının İranda vəziyyəti diqqətlə izləməyə davam etdiyi və hər an mövqenin dəyişə biləcəyi vurğulanır.

Trampın bu cür açıqlaması nədən xəbər verir? ABŞ lideri sağ göstərib, sol vura bilərmi?

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, xarici hərbi müdaxilə hazırkı mərhələdə rejimin zəifləməsinə yox, əksinə, İran hakimiyyətinin daxili etirazları “xarici düşmən” arqumenti ilə neytrallaşdırmasına şərait yarada bilər:

“Bu isə küçə etirazlarının legitimliyini zəiflədərək prosesin daxildən tamamlanmasının qarşısını ala bilər.

Bu kontekstdə Vaşinqtonun loyal bəyanatları, hətta İsrailin ABŞ-dən İranı vurmama xahişi başadüşüləndir. Hazırda molla rejiminin çökdürülməsi üçün digər bir yol seçilib. İnternet əlaqələrinin gücləndirilməsi İran cəmiyyətində informasiya blokadasının yarılmasına, sanksiyaların sərtləşdirilməsi rejimin iqtisadi dayaqlarının zəiflədilməsinə, kiberhücumlar isə təhlükəsizlik və idarəetmə mexanizmlərinin iflicinə hesablanıb. Bu alətlər hərbi eskalasiyaya getmədən, rejimin daxili davamlılığını sarsıtmaq məqsədi daşıyır. Bir sözlə, mövcud mərhələdə İran məsələsində əsas mübarizə hərbi əməliyyatlardan daha çox informasiya, iqtisadi və kiber müstəvidə cəmləşir”.

Link kopyalandı!
Son xəbərlər