İrandakı dağıdıcı vəziyyətin günahkarı kimdir? - VİDEO
Siyasət
136
14 Jan 2026 | 23:07

İrandakı dağıdıcı vəziyyətin günahkarı kimdir? - VİDEO

İranda davam edən budəfəki etirazlarda ən diqqət edilməli məsələ "bazari"lər deyilən qrupdur: tacirlər, mağaza sahibləri.

Onlar İranda hakimiyyətin ən dəstəkçi, pullu qruplarıdır. Onlar da etiraza qalxırsa, vəziyyət dağıdıcı olur.

Kimdir günahkar? Kimdir hakimiyyətin dayağı olan pullu adamları küçələrə çıxaran?

"İnsanlar narazıdırlar. Biz günahkarıq. Siz günahkarsınız. Günahkar kimi ABŞ-nin arxasınca getməyin. Başqa insanlarda günah axtarmayın. Xidmət etməli olan bizik və onlar da bizdən razı qalmalıdırlar. Resurslarımızı düzgün idarə etməli olan bizik. Bir yol tapmalı və problemi həll etməli olan bizik", - deyə İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran hakimiyyəti günahını boynuna alır ki, günahkar özləridir.

Bəs hazırda bu adamları küçələrdən yığmaq, vəziyyəti normal hala gətirmək üçün addımlar atılacaqmı və ya atılırmı?

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər