Paşinyan: Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur
Siyasət
330
17:25, Bu gün

Paşinyan: Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur

Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryan bu yaxınlarda Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq orqanlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq orqanlarının nümayəndələrinə təhvil verilib.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər hazırda Ermənistan Respublikasının ərazisindədirlər.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur.

"Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir", - Baş nazir əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər