18:42
4°C
Bakı
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Gürcüstanın təşkilatdakı nümayəndəsi İrakli Beraia ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin “X” hesabında məlumat verilib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələr, NATO-nun “Sülh və Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran sahələr müzakirə olunub.