Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək.
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.
Həmçinin Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsinin təsis ediləcək.