Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə veriləcək
Siyasət
133
17:08, Bu gün

Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə veriləcək

Prezident İlham Əliyev Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

Moderator.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinin Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin müqavilə əsasında idarəetməyə verilməsi barədə təklifi qəbul edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə"nin tələbləri nəzərə alınmaqla, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin idarəetməyə verilməsi ilə bağlı müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etmək, həmçinin müqavilə bağlanıldıqdan sonra onu təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Eləcə də İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər