AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun sədri Şaban Doğan rəhbəri olduqları elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı haqqında memorandumu imzalayıblar.
Bu barədə Moderator.az-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Daha sonra F.Quliyev və Ş.Doğan Azərbaycan ərazisində abidələr və arxeoloji tədqiqatlar mövzusuna toxunublar. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğalçılar tərəfindən türk-islam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələri tərəfindən planlaşdırılan arxeoloji tədqiqatlar barədə fikirləri bölüşüblər.