KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət
1322
10 Jan 2026 | 13:50

KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

Moderator.az-ın verdiyi xəbərə görə, bu barədə "AIA Global" saytı məlumat yayıb.

"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib.

"Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər