Qarabağ-Zəngəzur Forumu tədbirlərin anonsunu verdi - FOTO
Siyasət
1030
10 Jan 2026 | 10:05

Qarabağ-Zəngəzur Forumu tədbirlərin anonsunu verdi - FOTO

Qarabağ-Zəngəzur Forumunun idarə heyəti növbəti toplantısını keçirib.

Moderator.az xəbər verir ki, təşkilatın Türkiyə təmsilçisi Ziya Zakir Acarın moderatorluğu ilə baş tutan toplantıda əsas diqqət Azərbaycanın əzəli bölgəsi olan Zəngəzurun tarixinin öyrənilməsinə və təbliğinə yönəlib.

Bu diyarın tarixi, mədəni irsi, coğrafi mövqeyi etibarı ilə Türk dünyasına məxsusluğunu beynəlxalq elmi ictimaiyyətə sübut etmək əsas məqsəd kimi qarşıya qoyulub.  

Bu məsələ üzrə Türkiyədən Ziya Zakir Acar, Azərbaycandan QZF koordinatoru Akif Nağı, Şamil Mehdi, Saidə İsmayılzadə, İsveçdən Ülviyyə Nəcəfova və Kənan Rüstəmov  çıxışlar edib, fikirlərini bölüşüblər. Z.Z.Acarın təklifi ilə Naxçıvan və Qarabağ universitetlərində elmi-praktiki konfransın keçirilməsi qərara alınıb. Görüləcək işlərin ardıcıllığını və koordinasiyalı həyata keçirilməsini təmin etmək üçün müvafiq iş planının tutulması və bu plan üzrə layihələrin işlənib hazırlanması təklif edilib.  

Link kopyalandı!
Son xəbərlər