Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Siyasət
618
09 Jan 2026 | 23:58

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.

Moderator.az-ın məlumatına görə, görüşdə ərazi bütövlüyünə və suverenliyə hörmət, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrlik kontekstində təşkilatın Xarici İşlər Nazirləri Şurasının müntəzəm iclasının çağırılması məsələsinə də diqqət yetirilib.

O. Mişenko Azərbaycana, ilk növbədə, Ukraynanın enerji sistemi və mülki infrastrukturun yenidən qurulması üçün göstərilən humanitar yardıma görə ölkəsi adından təşəkkür edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər