ABŞ-də azərbaycanlı gənc itkin düşüb
Siyasət
1065
08 Jan 2026 | 22:55

ABŞ-də azərbaycanlı gənc itkin düşüb

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4-5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində işləyib.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər