Azərbaycan və İordaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər
Siyasət
1060
08 Jan 2026 | 20:07

Azərbaycan və İordaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Azərbaycanın Əmmandakı səfiri Şahin Abdullayevlə İordaniyanın energetika və faydalı qazıntılar naziri Saleh Ali əl-Xarabşeh arasında görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.

"Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayevin İordaniyanın energetika və faydalı qazıntılar naziri Saleh Ali əl-Xarabşeh ilə görüşü olub. Görüş zamanı Azərbaycan-İordaniya münasibətləri, həmçinin energetika sektorunda gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib", - məlumatda deyilir.

Bundan əlavə, Azərbaycanın səfiri İordaniyanın rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Sami Smeirat ilə görüşüb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri və rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər