Azərbaycan İsraillə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
Siyasət
1254
08 Jan 2026 | 17:48

Azərbaycan İsraillə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.

Moderator.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Samir Məmmədov və İsrailin Azərbaycandakı səfiri Ronen Krauszla görüşdə aparılıb.

Görüşdə iki ölkə arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilmiş 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb, İsrailin "Technion" İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə Azərbaycanda təsis edilən "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər