Azərbaycan və İordaniya arasında çoxsahəli əməkdaşlıq proqramı təsdiqləndi
1655
06 Jan 2026 | 15:10

Azərbaycan və İordaniya arasında çoxsahəli əməkdaşlıq proqramı təsdiqləndi

2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 
Bu Fərmanın 1-ci hissəsində göstərilən İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
 
Xarici İşlər Nazirliyi İcraedici Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər