Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib
Siyasət
1546
05 Jan 2026 | 21:20

Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi.

Moderator.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlətimizin başçısı bildirib.

Link kopyalandı!
Son xəbərlər