BTQ Hindistanın siqhlərə qarşı törətdiyi qətliamlarla bağlı statistikanı paylaşıb - FOTO
Siyasət
1337
05 Jan 2026 | 16:55

BTQ Hindistanın siqhlərə qarşı törətdiyi qətliamlarla bağlı statistikanı paylaşıb - FOTO

Bakı Təşəbbüs Qrupu sosial media hesablarında Hindistanın siqhlərə (siqhizmə sadiq olan insanlar - red.) qarşı törətdiyi qətliamlarla bağlı statistikanı paylaşıb.

Moderator.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, 1984-cü ildən indiyədək qırğınlar nəticəsində 10 mindən çox siqh nümayəndəsi öldürülüb, 54 mindən çox ev dağıdılıb və 207 mindən çox məcburi köçürmə baş verib.

Xatırladaq ki, siqhizm Hindistanın Pəncab bölgəsində Guru Nanakın vəhyinə əsaslanan bir monoteist dindir.

 

Link kopyalandı!
Son xəbərlər