Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə milli müdafiə naziri Yaşar Gülər Rusiya və Osmanlı imperiyaları arasında Birinci Dünya müharibəsi dövründə baş vermiş Sarıqamış döyüşündə (1914-1915) Azərbaycan xalqının türk ordusuna göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Sarıqamış döyüşünün 111-ci ildönümü ilə bağlı açıqlamasında qeyd olunub.
Yaşar Gülər ordunun fədakarlığını xatırladaraq bildirib ki, bu çətin dönəmdə Bakı xalqı əsir düşən mehmetçiklərə sahib çıxaraq tarixə silinməyəcək bir vəfa nümunəsi göstərib:
"Bu çətin dönəmdə Bakı xalqı və azərbaycanlı qardaşlarımız əsir düşən mehmetçiklərə sahib çıxaraq tarixə silinməyəcək bir vəfa nümunəsi göstərib. Nargin Adası və digər əsir düşərgələrində qida paylaşan, yaralarını sarıyan və şəhidləri öz övladları kimi dəfn edən qardaşlarımızın bu nəcib davranışı "İki dövlət, bir millət” anlayışının tarixi və vicdani əsasını təşkil edir".