İranın XİN başçısı: Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir
Siyasət
1342
04 Jan 2026 | 14:30

İranın XİN başçısı: Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəhbərinin "Telegram" kanalında məlumat paylaşılıb.

Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.

İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər