İlham Əliyev Latviyanın keçmiş Prezidentinə başsağlığı verdi
Siyasət
141
15:38, Bu gün

İlham Əliyev Latviyanın keçmiş Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqaya başsağlığı verib.

Moderator.az xəbər verir ki, başsağlığında bildirilir:

Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Link kopyalandı!
Son xəbərlər