Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib
1511
01 Jan 2026 | 20:15

Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.

Moderator.az xəbər verir ki, müvafiq paylaşım XİN-in "X" sosial media hesabında yerləşdirilib.

"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər