19:29
5°C
Bakı
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
Moderator.az xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.