"Dünyada artıq heç bir ölkə xammal baxımından özünü tam təmin edə bilmir. Buna görə də hər kəsin bir-birinə ehtiyacı var, hər kəsin əlçatan olması lazımdır. Bu baxımdan Türkiyə tarixi İpək Yolundan müasir İpək Yoluna qədər Şərq-Qərb dəhlizində körpü rolunu oynayır".
Moderator.az xəbər verir ki, bunu "Haber Global"a açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Orta Dəhliz və onun bir parçası olan Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunub.
"Həm yük tutumu baxımından, həm də fövqəladə hallar baxımından alternativlərə ehtiyacımız var. Bakı-Tbilisi-Qars xətti təmir işləri səbəbindən 1,5 il bağlı qalıb. Bu mənada Orta Dəhlizi dəstəkləməyə davam edəcəyik. Zəngəzur dəhlizi sayəsində türk dünyası və türk dövlətlərinə birbaşa çıxış yolu təqdim olunacaq. Bu, dünyanın ən yüksəktutumlu ticarət yolu olacaq", - deyə nazir qeyd edib.