Avropa Komissiyası: Aİ Bakı ilə yeni tərəfdaşlıq prioritetlərinin razılaşdırılması və qəbul edilməsini gözləyir
Siyasət
662
18:18, Bu gün

Avropa Komissiyası: Aİ Bakı ilə yeni tərəfdaşlıq prioritetlərinin razılaşdırılması və qəbul edilməsini gözləyir

Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqların bərpasına hazırdır, bu tərəfdaşlığın yeni prioritetlərinin razılaşdırılması və qəbul edilməsini gözləyir.

Moderator.az Report-a istinadən xəbər verir ki, ittifaqın rəhbərliyində hesab edirlər ki, hər iki sənəd Aİ və Azərbaycan arasında tərəfdaşlığın yenilənməsi və gücləndirilməsinə xidmət edəcək.

Xidmət həmçinin 2025-ci il dekabrın 2-də Aİ və Ermənistan arasında imzalanan "Tərəfdaşlığın strateji gündəliyi" ilə bağlı şərh edib, bunun bəzi bəndləri ilə əlaqədar Azərbaycan XİN rəsmi Bakının ciddi narahatlığını ifadə edib.

Aİ qeyd edib ki, sənəd 2024-cü ildən bəri tərəflər arasında aparılan ikitərəfli danışıqlar zamanı razılaşdırılıb və Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənib.

Bundan əlavə, Xidmətin cavabında Azərbaycan XİN-in Ermənistanla tərəfdaşlıq gündəliyinə Azərbaycana qarşı yönəlmiş məsələlərin daxil edilməsinin qəbuledilməz olduğu və Bakının Brüssellə münasibətlərinin perspektivlərinə mənfi təsir göstərdiyini bildirən bəyanatı ilə bağlı şərhlər yoxdur.

Aİ regional əlaqələr və böyük nəqliyyat infrastrukturu layihələri - Orta Dəhliz və "Tramp Marşrutu" (TRIPP) ilə bağlı suala da konkret cavab verməyib.

Xidmətin şərhində yalnız qeyd olunub ki, TRIPP layihəsinin detalları hələ razılaşdırılmamış olsa da, Aİ Azərbaycan və Ermənistan arasında mövcud razılaşmaların praktiki həyata keçirilməsi üçün öz dəstəyini və ekspertizasını təklif edir.

Aİ-də Azərbaycan XİN-in Brüssel və İrəvanın Ermənistan–Azərbaycan normallaşma gündəliyinə səmimiyyəti ilə bağlı şübhələrinə toxunaraq yalnız bunu bildiriblər:

"Biz uzun illərdir hər iki tərəf və beynəlxalq tərəfdaşlarla davamlı sülh üçün şərait yaratmaq üzərində işləyirik".

Strateji gündəlikdə Beynəlxalq və Avropa məhkəmələrinin qərarlarının yerinə yetirilməsi zərurəti ilə bağlı bəndin olması ilə əlaqədar Xidmətdə vurğulanıb ki, söhbət heç də yeni iddiaların təşviq edilməsindən getmir. Bu, əvvəllər qəbul edilmiş qərarlara aiddir və onların icrasının zəruriliyi hər iki tərəfə aiddir.

"Öz növbəmizdə qeyd edək ki, Xidmətin bu iddiaları heç bir tənqidə tab gətirmir: Ermənistanla Aİ arasında bağlanan ikitərəfli sənəddə, müqavilənin tərəfi olmayan üçüncü ölkəyə yönəlik hər hansı fəaliyyət yer ala bilməz", - Brüsseldən qeyd ediblər.

Bundan əlavə, Aİ-dən "Report"un sorğusuna cavabda sənədin (Aİ və Ermənistan arasında strateji gündəm haqqında - red.) imzalandıqdan təxminən bir ay sonra Brüssel tərəfindən niyə hələ də açıqlanmadığı barədə aydın izahat verə bilməyib.

"Report"un AK-dakı mənbələri qeyri-rəsmi şərhdə bildiriblər ki, Ermənistan XİN sənədin dərc olunmasında tələsib, çünki tezliklə özü Avropa tərəfdaşlarına sənədə bəzi düzəlişlər etmək xahişi ilə müraciət edib. Mənbələr əlavə ediblər ki, sənədin yekun versiyası razılaşdırılmadığı müddətcə Aİ-nin rəsmi bülletenində dərc edilməyəcək.

Link kopyalandı!
Son xəbərlər