20:24
3°C
Bakı
Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün ciddi potensial mövcuddur və bu əlaqələr daha da genişləndirlməlidir.
Moderator.az xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməst deyib.
Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovla görüşən vali Məsud Pezeşkianın prezident seçilməsindən sonra ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına diqqət çəkib:
"Pezeşkianın prezidentliyinin başlaması ilə İran və Azərbaycan arasında münasibətlər böyümə və inkişaf yoluna qədəm qoyub və hazırkı mərhələdə əməkdaşlığın genişləndirilməsi üçün müsbət və misli görünməmiş zəminlər mövcuddur".