23:32
8°C
Bakı
ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin - Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.
Moderator.az xəbər verir ki, sənəddə Azərbaycanın müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qaldığı, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirdiyi bildirilir.
Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülh prioritetinə açıq şəkildə sadiq qaldığını nümayiş etdirib.
Həmçinin vurğulanıb ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədləri və ərazi bütövlüyü barədə razılığa gələrək sülh sazişini razılaşdırıblar.
Qanun layihəsi dekabrın 9-da respublikaçı nümayəndə Ana Paulina Luna tərəfindən Konqresə təqdim edilib.