İlham Əliyev:
Siyasət
159
18:15, Bu gün

İlham Əliyev: "Həmişə Faiq Qarayevdən soruşuram ki, ikinci Alla nə zaman olacaq?" - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edib.

Moderator.az xəbər verir ki, tədbirdən sonra ölkə başçısı milli komandanın baş məşqçisi Faiq Qarayev və sabiq oyunçusu Alla Həsənova ilə səmimi söhbət edib.

Tədbir iştirakçıları arasında A.Həsənovanı görən İlham Əliyev deyib:

"Mən həmişə ondan (Faiq Qarayevdən - red.) soruşuram ki, ikinci Alla, ikinci Zema (Zemfira Meftahətdinova - red.) nə zaman olacaq?"

A.Həsənova prezidentə: "Olacaq, bunun üzərində işləyirik", - deyə cavab verib.

Milli komandanın baş məşqçisi F.Qarayev isə əlavə edib:

"Belə gənclər çoxdur".

Prezidentin "Rayonlarda hansısa seleksiya aparırsınız?" sualının cavabında F.Qarayev bildirib:

"Bəli, bizim hətta çox böyük klub komandalarımız var".

Alla Həsənova isə Azərbaycanın voleybolçu qızlarının gələn il keçiriləcək Avropa Liqası oyunlarında uğurla çıxış edəcəklərinə inandığını deyib. O, hazırda Rusiyanın "Leninqradka" komandasının tərkibində çıxış edən Yelizaveta Rubanı Azərbaycan Prezidentinə təqdim edib:

"O bizdə əsas oyunçudur. İndi "Leninqradka"dadır, Rusiyada. Amma bizim yığmadadır".

Azərbaycan milli yığmasının baş məşqçisi F.Qarayev də öz növbəsində bildirib: "Gələn il üçün hamı qayıdacaq".

Azərbaycanın dövlət başçısı isə bunun voleybol epopeyası üçün yaxşı davranış olduğunu bildirib və qeyd edib ki, işləri çox olsa da, daim yığma komandamızın uğurlarını izləyir.

 

Link kopyalandı!
Son xəbərlər