Ceyhun Bayramov:
Siyasət
2004
26 Dec 2025 | 18:07

Ceyhun Bayramov: "Cənab Prezidentin Aİ-nin İrəvanda keçiriləcək konfransında iştirakı nəzərdə tutulmayıb"

"Cənab Prezidentin Avropa Siyasi Birliyinin konfransında iştirak edəcəyi ilə bağlı məlumatım yoxdur".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Avropa Siyasi Birliyinin formatı kifayət qədər yeni formatdır. Orada iştirak üçün dəvət dövlət başçılarına yönəlir. Konfransın İrəvanda keçirilməsi gözlənilir. Məndə olan məlumata əsasən, cənab Prezidentin belə bir səfəri nəzərdə tutulmayıb. Lakin, bu baxımdan daha dəqiq məlumatı Prezident Administrasiyası verə bilər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər