Rəsmi Bakı: Delimitasiya Komissiyasının iclasları Ermənistanda da ola bilər
Siyasət
140
17:10, Bu gün

Rəsmi Bakı: Delimitasiya Komissiyasının iclasları Ermənistanda da ola bilər

“2026-cı ildə Ermənistanla müsbət dinamikanın davamını görəcəyik”.

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin davam etməsi ilə bağlı ümumi razılıq var: “Yüksək səviyyəli görüşlər baxımından da ilk dəfə Delimitasiya Komissiyasının 12-ci iclası Qəbələdə keçirildi. Bu ilk 11 görüşdən fərqli olaraq sərhəddə baş tutmadı. Bu tip görüşlər Ermənistanda da ola bilər. Növbəti il biz bu proseslərin davamını görəcəyik”.

Link kopyalandı!
Son xəbərlər