Nazir:
Siyasət
213
16:20, Bu gün

Nazir: "David Babayanın Qərb paytaxtlarını rahat ziyarət etməsi üçün ona 10 illik viza verilmişdi"

"Bu gün Bakıda məhkəmədə hakim qarşısında cavab verən David Babayanın Qərb paytaxtlarını rahat ziyarət etməsi üçün ona 10 illik viza verilmişdi. Təsəvvür edin, adı və fəaliyyəti bəlli olan, qanunsuz təsisatın nümayəndəsinə 10 illik viza verilmişdi".

Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"Biz kiminsə daxili işinə qarışmırıq, amma bizə qarşı ikili standartlar tətbiq olunanda cavab verməyə bilmərik. Bu cür ikili standartlar haqqında saatlarla danışmaq olar. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ həmin Avropa ölkələri ilə bağlı hesabatında insan hüquqları ilə bağlı bir çox Avropa ölkəsini tənqid edib. Çünki həmin ölkələr tərəfindən dözümsüzlük görürük. Dialoq belə olmur", - deyə nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər