Avropa Siyasi Birliyinin 12-ci konfransı 2028-ci ildə Azərbaycanda keçiriləcək
Siyasət
302
15:55, Bu gün

Avropa Siyasi Birliyinin 12-ci konfransı 2028-ci ildə Azərbaycanda keçiriləcək

"Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı hörmət və ortaq faydalara əsaslanan əməkdaşlığın təşviq edilməsi istiqamətində müsbət dinamika müşahidə edilib. Təhlükəsizlik, enerji və nəqliyyat mövzularında müzakirələr aparılıb. Qarşılıqlı səfər və liderlər arasında görüşlər keçirilib".
 
Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
 
"Azərbaycanla Avropa arasında yeni tərəfdaşlıq prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli saziş üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur və bu istiqamətdə ümumi iş aparılır. Avropa İttifaqının (Aİ) Azərbaycan üçün fəaliyyət proqramı, Azərbaycanda mina təmizləmə fəaliyyəti, su və nəqliyyat sahəsində dayanıqlı inkişafa dəstək maliyyələşdirmə sazişi üzrə işlər tamamlanıb və sazişin bu ilin sonuna qədər imzalanması nəzərdə tutulub. Azərbaycan Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşdır. Avropa Siyasi Birliyinin 12-ci konfransı 2028-ci ildə Azərbaycanda keçiriləcək", - nazir əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər