Siyasət
374
18:25, Bu gün

"Azərbaycan Qarabağda sistemli quruculuq işləri aparır" - ŞƏRH

"Azərbaycanda sabitliyin təmin olunması birbaşa mühüm və vacib məsələdir. Qeyd etdiyimiz kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa edib və 23 saatlıq əməliyyatdan sonra ölkə ərazisində tam suverenlik təmin olunub. Artıq beş ildir ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir".

Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bu istiqamətdə tarixi uğura imza atıb: "Bu, Azərbaycan tarixinin təxminən 500 illik dövründə ilk dəfə olaraq ölkənin vaxtilə işğal altında olmuş ərazilərinin tam şəkildə geri qaytarılması ilə nəticələnib. Son beş il ərzində Azərbaycan dövlət büdcəsindən Qarabağ və ətraf rayonların bərpasına bir neçə milyard manat vəsait ayrılıb. Bu proses məcburi köçkünlərin doğma yurdlarına qayıdışı baxımından da xüsusi əhəmiyyət daşıyır və bu məsələ daim Ali Baş Komandanın diqqət mərkəzində saxlanılır. Qarabağda aparılan bərpa işlərinə mütəmadi nəzarət olunur. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım bu proseslərin sistemli və planlı şəkildə həyata keçirilməsini təmin edirlər. Yeni şəhər və qəsəbələrin salınması, müasir infrastrukturun qurulması ardıcıl şəkildə icra olunur.

Qarabağın bərpası demək olar ki, sıfırdan, hətta mənfidən başlanan bir prosesdir və bu istiqamətdə çox böyük işlər görülür. Dünən də Ali Baş Komandanın ad günündə Qarabağ bölgəsində olması və Kərkicahan qəsəbəsində yeni ailələrin mənzillə təmin olunması bunun bariz nümunəsidir. Prezident həmin ailələrdən birində görüş keçirərək regionun inkişafı ilə bağlı vacib məqamları xüsusi olaraq vurğulayıb. Azərbaycan regionda siyasi sabitliyin qorunması üçün bütün zəruri addımları atır. Ölkənin əsas prioritetlərindən biri dövlətçiliyin gücləndirilməsi və milli təhlükəsizliyin təmin olunmasıdır. Bu məqsədlə illik dövlət büdcəsinin təxminən 15–20 faizi müdafiə xərclərinə və müasir silahların alınmasına yönəldilir. Müharibə başa çatsa da, beş il keçməsinə baxmayaraq Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ imzalanmayıb. Bu səbəbdən Azərbaycan qardaş Türkiyə, İsrail, İtaliya, İngiltərə və digər inkişaf etmiş ölkələrlə hərbi əməkdaşlığı gücləndirir, peşəkar ordu quruculuğu istiqamətində işləri davam etdirir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər