Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümünə həsr olunan, süni intellektlə hazırlanmış "Səma qurbanları" adlı qısametrajlı filmin təqdimatı keçirilib.
"SOY Production"a məxsus ekran işi süni intellekt mütəxəssisi Sarvan Hüseyn tərəfindən ərsəyə gətirilib. Qısametrajlı filmin AI rejissoru Babək Sübhanı, assistenti isə Nəzrin Mərdanlıdır. Ekran işində qəza anı süni intellekt texnologiyalarının köməyi ilə canlandırılıb.
Layihədə Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib. Filmin layihə rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi isə Fariz Əliyevdir.
Sarvan Hüseyn filmin təxminən bir aya hazırlandığını bildirib:
"Ekran işinin hazırlanmasında süni intellektlə yaradılmış 40 minə yaxın fotoşəkildən və 10 minə yaxın videodan istifadə olunub. Filmdə təyyarənin titrəyişi, insanların üzlərindəki emosiyaları əks etdirməli idik. Süni intellektlə bunları canlandırmaq çox çətin idi".
Daha ətraflı Baku TV-nin videomaterialında: