20:03
6°C
Bakı
Bu gün İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanda səfərdə olub.
Moderator.az xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Zəhra Pezeşkian Bakıda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq" adlı konfransda iştirak edib.
Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur "Salam, Heydərbaba" poemasından bir parça ilə yekunlaşdırıb.