Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayevdən
Siyasət
163
13:15, Bu gün

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Zati-alinizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Xaricdə yaşamağımıza baxmayaraq, Sizin milli dövlətçilik düşüncəmizin daha da dərinləşməsi və suverenliyimizin daha da möhkəmlənməsinə bəxş etdiyiniz inam, qürur və güclü Azərbaycan ideyası bizim Vətənlə sarsılmaz bağlarımızı daim gücləndirib və ona xidmət etməyə yeni stimul verib. Sizin qətiyyətli siyasi iradəniz və liderlik nümunəniz bizə milli birliyimizin, yüksək vətənpərvərlik ruhumuzun və dövlətimizin inkişaf perspektivlərinə inamla baxmaq gücü verib. Bu şərəfli və tarixi missiyanı həyata keçirərkən bizim – Vətənə bağlı insanların sevgisi, etimadı və dəstəyi hər zaman Sizinlədir.

Bu il Siz bizə ata vəsiyyəti, dəmir iradə və qətiyyət ilə gerçəkləşən tarixi Zəfərimizin 5 illiyini böyük qürur, sonsuz iftixar və kövrək sevinc hissi ilə yaşatdınız. Arzu edirəm ki, şərəfli liderlik yolunuzun bütün mərhələlərində xalqın sevgisi Sizin üçün hər zaman mənəvi dayaq olsun.

Müzəffər Sərkərdəmiz, Sizi həm öz adımdan, həm də daim qayğınızı əsirgəmədiyiniz ailəmiz adından bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, fədakar dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri,

tibb elmləri doktoru, professor

Link kopyalandı!
Son xəbərlər