Siyasət
470
22 Dec 2025 | 23:00

"Haber Global": Türkiyənin vitse-prezidenti Bakıda hansı mesajı verdi? - VİDEO

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakı və Ankara arasındakı sarsılmaz ittifaqın Orta Dəhlizin aqibətini müəyyən edəcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə qeyd olunub.

Türkiyə vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri barədə videomaterialda onun Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasına qatıldığı vurğulanıb.

Tədbirdə çıxış edən C.Yılmaz iki ölkə arasındakı əməkdaşlığın bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri olduğunu qeyd edib. O həmçinin Ankaranın bütün türk dünyasının rifahı üçün səy göstərdiyini deyib.

Daha ətraflı "Haber Global"ın süjetində:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər