Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakı və Ankara arasındakı sarsılmaz ittifaqın Orta Dəhlizin aqibətini müəyyən edəcəyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə qeyd olunub.
Türkiyə vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri barədə videomaterialda onun Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasına qatıldığı vurğulanıb.
Tədbirdə çıxış edən C.Yılmaz iki ölkə arasındakı əməkdaşlığın bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri olduğunu qeyd edib. O həmçinin Ankaranın bütün türk dünyasının rifahı üçün səy göstərdiyini deyib.
Daha ətraflı "Haber Global"ın süjetində: